"Sumqayıt"ın yeni transferi nə bacarır? - VİDEO

18:22 - 30 Dekabr 2022

Qış fasiləsinə Premyer Liqada 8-ci pillədə yollanan "Sumqayıt" heyətini yeni legionerlə gücləndirdi.

Sportal.az xəbər verir ki, "kimyaçılar" Terrens Tisdellə müqavilə imzaladı.

Müqaviləyə əsasən Liberiya millisinin üzvü mövsümün sonuna qədər "gənclik şəhəri" təmsilçisinin formasını geyinəcək.

​Son olaraq Rumıniyanın “Botoşani” klubunda çıxış etmiş liberiyalı vinger “Hapoel" (Petah Tikva, İsrail), “Kocaelispor” (Türkiyə) kimi klubların uğurları üçün çalışıb. 2019-cu ildən dəvət aldığı Liberiya millisinin heyətində 13 oyun keçirən Tisdel 1 qol vurmağa da müvəffəq olub. Solaxay futbolçu hücumun sol və sağ cinahlarında çıxış edə bilir.
 

Xəbər xətti