Xorvatiya mətbuatı: "Emrelinin nəyə qadir olduğunu göstərmək üçün imkanı olmadı"

19:17 - 30 Dekabr 2022

Xorvatiya mətbuatında bu qış "Dinamo"dan (Zaqreb) bir neçə hücumçunun gedəcəyi ehtimalını müzakirə edilərkən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də qalıb-qalmaması məsələsinə toxunublar.

Sportal.az "Sporske novosti"yə istinadən xəbər verir ki, xorvatiyalı həmkarlarımız millimizin forvardının komandadan ayrılmaq ehtimalını müzakirə edib:

"Bruno Petkoviç Qətərdəki dünya çempionatından özünü sübut etmiş hücumçu kimi qayıtdı. Ona görə də onu hansısa klubun transfer edəcəyini gözləmək olar. Əgər o, “Dinamo”da qalarsa, şübhəsiz ki, start heyətində oynayacaq. Mahir Emrelinin də ayrılıq ərəfəsində olduğu güman edilir. Baxmayaraq ki, azərbaycanlı forvardın nəyə qadir olduğunu göstərmək üçün imkanı olmadı".

Xəbər xətti