“İnter”in hücumçusu Lautaro Martinez İtaliyaya qayıdıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı Milan klubunun kollektivlə məşqlərinə qoşulub.
Lautaro DÇ-2022-də Argentina millisinin heyətində zədələnmişdi. 25 yaşlı hücumçu Argentina millisinin heyətində dünya çempionu olmuşdu.
Martinezin “nerazzura” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
saytlarin hazirlanmasi
