Ukraynalı mütəxəssis azərbaycanlı müdafiəçinin baş məşqçisi təyin edildi

21:34 - 30 Dekabr 2022

Ukrayna Premyer Liqasının təmsilçisi “İnqulets”də baş məşqçi dəyişikliyi olub.

Sportal.az xəbər verir ki, Kirovoqrad təmsilçisi Sergey Kovaletslə anlaşıb. 54 yaşlı mütəxəssis adıçəkilən klubu mövsümün sonuna qədər çalışdıracaq.

Kovolets “Lvov”, “Aleksandriya”, “Tatran”(Preşov), “Trajay”, “Metallurq”(Zaporojye), “Çernomorets” klubları ilə yanaşı Ukrayna U-21 yığmasını çalışdırıb.

Xatırladaq ki, bu komandada azərbaycanlı müdafiəçi Dmitri Nağıyev forma geyinir.

 

Xəbər xətti