Dünya çempionu olan komanda ən yaxşı seçildi

22:55 - 30 Dekabr 2022

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) 2022-ci ilin ən yaxşı komandasının adını açıqlayıb.

Sportal.az xəbər verir ki, Argentina millisi səsvermədə hamını qabaqlayıb.

113 ölkədən 420 jurnalistin iştirak etdiyi səsvermədə Argentina 1399 səs (37,01%) toplayaraq qalıb olub.

İkinci yeri 381 səslə Mərakeş millisi, üçüncü yeri isə 252 səslə Fransa yığması tutub.

Xatırladaq ki, Argentina Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub. 

Xəbər xətti