Ronaldo ərəb klubu ilə müqavilə imzaladı - RƏSMİ

10:09 - 31 Dekabr 2022

Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun yeni klubu rəsmən bəlli olub.

Sportal.az xəbər verir ki, 37 yaşlı hücumçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Ulduz futbolçu bu ölkənin "Əl-Nəssr" klubuna keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kriştiano Ronaldo "Əl-Nəssr"lə 2,5 illik müqavilə imzalayıb. Təcrübəli forvardın illik 200 milyon avro maaş alacağı bildirilir.

Xəbər xətti