Səudiyyə Ərəbistanını "Əl-Nəssr" klubuna transfer olan Kriştiano Ronaldo karyerasını ABŞ-da davam etdirməyə yaxın olub.
Sportal.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 37 yaşlı hücumçu MLS təmsilçisi "Kanzas Siti" ilə danışıqlar aparıb. Amerikalılar təklif etdiyi maaş və reklam gəlirləri də "Əl-Nəssr"in təklifilinə yaxın olub. Lakin portuqaliyalı ulduz Asiyada oynamağı üstün tutub.
Qeyd edək ki, Kriştiano Ronaldo "Əl-Nəssr" klubu ilə 2,5 illik müqavilə imzalayıb. Təcrübəli oyunçu bu müddətdə 500 milyon avro qazanacaq.
saytlarin hazirlanmasi
