Ronaldodan transfer açıqlaması: "Xoşbəxtəm"

12:58 - 31 Dekabr 2022

Səudiyyə Ərəbistanının "Əl-Nəssr" klubuna transfer olan Kriştiano Ronaldo açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ulduz futbolçu Asiya təmsilçisinə keçdiyinə görə xoşbəxt olduğunu deyib:

 

“Özümü yeni liqada, başqa ölkədə sınamağı səbirsizliklə gözləyirəm. “Əl-Nəsr”in baxışı məni çox ruhlandırır. Yeni tərəfdaşlarımın sırasına qoşulduğum üçün xoşbəxtəm. Biz birlikdə komandaya yeni uğurlar qazanmağa kömək edə biləcəyik”

 

Qeyd edək ki, Ronaldo “Əl-Nəssr”lə 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Xəbər xətti