Ronaldo: "Müqaviləm unikaldır, insanların nə danışdığı məni maraqlandırmır"

22:27 - 3 Yanvar 2023

"Əl-Nəsr"in yeni transferi Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzalamasını yeni çağırış hesab etdiyini deyib. 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, portuqaliyalı Avropada klub turnirlərində hər şeyi qazandığı üçün Səudiyyə Ərəbistanına üz tutduğunu bildirib:

"Bura gəlmək xoşdur. Avropada bütün rekordlarını qırmışam və burada da bunu təkrarlamağa hazıram. İnsanların nə danışdığı məni maraqlandırmır. Futbol hər yerdə inkişaf edir. Bu, karyeramın sonu demək deyil. Müqaviləm unikaldır, çünki özüm də bu cür oyunçuyam".

Dekabrın 31-də Ronaldo "Əl-Nasr"la 2025-ci ilə qədər müqavilə imzalayıb və yanvarın 3-də forvard təqdim olunub.

Xəbər xətti