"Qarabağ" mövsümün ikinci yarısının hazırlığı üçün Türkiyəyə uçub.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün Antalyaya yollanıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Türkiyədə 3 yoxlama görüşünə çıxacaq. "Qarabağ" yanvarın 13-ü "Rakuv" (Polşa), yanvarın 18-i isə "Çukariçki" (Serbiya) və "Poqon" (Polşa) klubları ilə qarşılaşacaq.
Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək.
