"Kəpəz" hazırlığa başladı

11:29 - 4 Yanvar 2023

"Kəpəz" qış istirahətini başa vuraraq məşqlərə başlayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi yanvarın 2-də qış istirahətini başa vuraraq məşqlərini bərpa edib. 

Futbolçular gündə iki dəfə olmaqla hazırlıq keçirlər.

Məşqlər ayın 5-nə kimi Gəncədə olacaq. "Sarı-göylər" təlim-məşq toplanışı üçün yanvarın 7-də Türkiyəyə yollanacaqlar.

Xəbər xətti