Premyer Liqa klubu ukraynalı qapıçı transfer edəcək

11:44 - 4 Yanvar 2023

"Tottenhem" ukraynalı qapıçı transfer edə bilər. 

Sportal.az "The Times"a istinadən xəbər verir ki, London təmsilçisi "Şaxtyor"un qolkiperi Anatoli Trubinlə maraqlanır.

Gənc qapıçı Donetks klubundakı performansı ilə "Tottenhem"in transfer siyahısına düşüb. İngiltərə klubunun rəhbərliyi "Şaxtyor"la müqaviləsi 2024-cü ilin yayına qədər olan qapıçı üçün hərəkətə keçib. 

Onlar yayda Trubini transfer etməyi planlaşdırır.

Xəbər xətti