"Borussiya" (Münhenqladbax) Kristof Kramerlə müqavilə müddətini uzadıb.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən 31 yaşlı yarımmüdafiəçi 2025-ci ilin iyun ayının sonuna qədər hazırkı klubuna məxsus olacaq.
31 yaşlı futbolçu "Bayer" (Leverkuzen), "Bohum"da oynadıqdan sonra 2016-cı ildə "Borussiya"ya keçib.
O, bu mövsüm Almaniya Bundesliqasında 15 matça çıxıb və 1 assist edib.
