“Betis” hücumçusu Xuanmi ilə müqavilə müddətini uzadıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən ispaniyalı futbolçu 2026-cı ilə qədər hazırkı klubuna məxsus olacaq.
Xuanmi bu mövsüm Primeroda 5 oyunda 2 qol vurub.
29 yaşlı hücumçu “Malaqa”, “Rasinq”, “Sauthempton”, “Real Sosyedad”da oynadıqdan sonra 2019-cu ildə Sevilya təmsilçisinə keçib.
saytlarin hazirlanmasi
