"Sevilya" və Mərakeş millisinin hücumçusu Yussef En-Nesiri karyerasını Premyer Liqada davam etdirə bilər.
Sportal.az "Estadio Deportivo"ya istinadən xəbər verir ki, forvardın xidmətində “Vest Hem” maraqlıdır.
"Sevilya" futbolçusunun keçidi üçün 30 milyon funt-sterlinq tələb edir. Transferin yanvarda həyata keçirilməsi gözlənilir.
"Malaqa", "Leqanes"də oynamış mərakeşli 2020-ci ildən “Sevilya”da çıxış edir.
