"Tottenhem" "Barselona"nın hücumçusu Ferran Torreslə maraqlanır.
Sportal.az "Fichajes"ə istinadən xəbər verir ki, Premyer Liqa klubu futbolçunun transferi üçün 35 milyon avro ödəməyə hazırdır.
Torresin "Barselona" ilə müqaviləsi 2027-ci ilə qədərdir.
Onun özünün də Londona köçmək istədiyi bildirilir.
22 yaşlı hücumçu “Valensiya” yetirməsidir. O, 2020-2022-ci ildə “Mançester Siti”də çıxış edib. Ötən il isə “Barselona”ya keçmişdi.
saytlarin hazirlanmasi
