"Nant"ın müdafiəçisi Fabio Fransanı tərk edib.
Sportal.az "Kicker"ə istinadən xəbər verir ki, təcrübəli müdafiəçi "Qremio" ilə anlaşıb.
32 yaşlı futbolçu Braziliya klubu ilə 2024-cü ilin sonuna qədər müqavilə imzalayıb.
Fabio bu mövsüm Liqa 1-də 6 oyuna çıxmışdı.
32 yaşlı futbolçu "Mançester Yunayted", QPR, "Kardiff Siti", "Midlsboro" klublarında oynadıqdan sonra 2018-ci ildə Fransaya yollanmışdı.
