İngiltərənin "Brentford" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Frayburq"dan Kevin Şadeni transfer edb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Brentford" almaniyalı vingeri mövsümün sonuna kimi icarəyə götürüb. İngilislər 25 milyon avro ödəyərək 21 yaşlı futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.
Qeyd edək ki, Kevin Şade 2019-cu ildən "Frayburq"da çıxış edir. Gənc oyunçu cari mövsümdə Almaniya klubunun heyətində meydana çıxdığı 12 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
