2022-ci ilin ən yaxşı futbolçusu açıqlandı

18:17 - 4 Yanvar 2023

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ildə dünyanın ən yaxşı futbolçusunu açıqlayıb.

 

Sportal.az xəbər verir ki, başa çatan ilin ən yaxşısı adına PSJ-nin argentinalı hücumçusu Lionel Messi layiq görülüb. 35 yaşlı hücumçu 275 səs toplayıb.

 

Messinin ən yaxın izləyicisi PSJ-dən komanda yoldaşı olan Kilian Mbappe olub. "Real"ın fransalı forvardı Kərim Benzema isə üçüncü yeri tutub.

 

Lionel Messi (Argentina, PSJ) – 275 səs

Kilian Mbappe (Fransa, PSJ) – 35 səs

Kərim Benzema (Fransa, “Real”) – 30 səs

Luka Modriç (Xorvatiya, “Real”) – 15 səs

Erlinq Haland (Norveç, “Mançester Siti) – 5 səs

Xəbər xətti