Bu yarış Azərbaycanda keçiriləcək

11:53 - 5 Yanvar 2023

U-22-lərin kişi və qadın boksçuları arasında Avropa çempionatı ölkəmizdə keçiriləcək.

Sportal.az xəbər verir ki, Azərbaycan Bolqarıstan və Rumıniyanı qabaqlayaraq yarışa ev sahibliyi etmək hüququna sahib çıxıb. 

Yarışın oktyabr-noyabr aylarında keçirləcəyi ehtimal olunur.

Qitənin ən güclülərinin bir araya gələcəyi və Azərbaycanın ilk dəfə qəbul edəcəyi yarışın dəqiq tarixi bu günlərdə dəqiqləşəcək.

Xəbər xətti