"Borussiya"nın (Münhenqladbax) qapıçısı Yann Sommer Almaniyada klubunu dəyişəcək.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, isveçrəli qolkiper "Bavariya" ilə müqavilə imzalamağa yaxındır.
Təcrübəli futbolçunun Münhen təmsilçisi ilə 2025-ci ilə qədər müqavilə imzalayacağı ehtimal olunur.
"Bavariya" xizək sürərkən ayağını sındıran və əməliyyat edilərək mövsümü başa vuran Manuel Noyerə əvəzləyici axtarırdı.
