"Mançester Yunayted" portuqaliyalı üçün 4 milyon təklif edəcək

13:19 - 5 Yanvar 2023

"Mançester Yunayted" "Atletiko"nun yarımmüdafiəçisi Joao Feliksi heyətinə qatmaq istəyir.

Sportal.az "Relevo"ya istinadən xəbər verir ki, ingilislər portuqaliyalını satınalma şərti olmadan mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır.

Bunun üçün isə 4 milyon avro təklif edəcək. 

"Atletiko"da qalmaq istəməyən Feliksin hansı qərarı verəcəyi yaxın günlərdə bəlli olacaq.

Xəbər xətti