"Bavariya" niderlandlı ilə anlaşdı

13:49 - 5 Yanvar 2023

Niderland millisinin müdafiəçi Deyli Blind "Bavariya" ilə anlaşıb.

Sportal.az "De Telegraaf"a istinadən xəbər verir ki, təcrübəli futbolçu mövsümün sonuna qədər Münhen klubuna məxsus olacaq. Müqavilə mövsümün sonuna qədər davam edəcək və daha bir il uzadılacaq.
32 yaşlı futbolçu Münhen klubu ilə müqavilə imzalamaq üçün Almaniyaya uçub.

2014-2018-ci illərdə "Mançester Yunayted"də çıxış etmiş futbolçu “Ayaks” yetirməsidir. Dekabrın sonunda Amsterdam klubu Blindlə müqaviləni ləğv etdiyini açıqlamışdı. Niderlandlı müdafiəçi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında zədələnən "Bavariya"nın müdafiəçisi Lukas Hernandezin əvəzləyicisi ola bilər.

Xəbər xətti