"Şaxtyor"un (Donetsk) futbolçusu Mixail Mudrik "Çelsi"nin təklifinə baxmayaraq, "Arsenal"a keçmək istəyir.
Sportal.az "The Times"a istinadən xəbər verir ki, London təmsilçisi ukraynalı futbolçu ilə 2028-ci ilə qədər şəxsi müqavilədə razılıq əldə edib.
Onun illik maaşı 5,5 milyon avro olacaq. Amma hələ ki, "Arsenal" və "Şaxtyor" arasında razılıq əldə olunmayıb.
"Şaxtyor"un idman direktoru Dario Srna bu gün "Çelsi" rəhbərliyi ilə danışıq aparacaq. "Zadəganlar" Mudrik üçün 100 milyon avro ödəməyə hazırdır.
22 yaşlı futbolçu bu mövsüm "Şaxtyor"un heyətində 18 oyunda 10 qol vurub və 8 assist edib.
saytlarin hazirlanmasi
