"Mançester Yunayted"də yeni qapıçı

16:28 - 5 Yanvar 2023

"Mançester Yunayted" İngiltərə millisinin sabiq qolkiperi Cek Butlandı heyətinə qatmağa yaxındır.

Sportal.az "The Times"a istinadən xəbər verir ki, İngiltərə klubu "Kristal Pelas"ın qapıçısını icarəyə götürüb.

29 yaşlı qapıçı bu gün Mançesterə yollanaraq həkim müayinəsindən keçəcək.

Butland yayda yenidən "Kristal Pelas"a dönəcək.

Cek Butland 2012-2018-ci illərdə İngiltərə millisində çıxış edib.

Xəbər xətti