“Liverpul”un baş məşqçisi Yurgen Klopp Almaniya millisinə rəhbərlik edə bilər.
Sportal.az xəbər verir ki, “Bild”ə danışan almaniyalı mütəxəssis belə fürsət olacağı təqdirdə imtina etməyəcəyini söyləyib:
"Nə zamansa Almaniya milli komandasının baş məşqçisi olacağımı istisna etmirəm. Amma bunun üçün hər şey yaxşı olmalıdır. İndi isə vəziyyət belə deyil. “Liverpul”dan ayrılsam, il ərzində heç bir şey etməyəcəyəm”.
Klopp 2015-ci ildən bəri “Liverpul”un baş məşqçisi kimi fəaliyyət göstərir. O, bundan əvvəl “Borussiya” və “Maynts”ı çalışdırıb.
saytlarin hazirlanmasi
