"Qalatasaray" və "Fənərbaxça" Braziliya millisinin üzvü üçün mübarizə aparır

18:47 - 5 Yanvar 2023

Mövsümün sonunda "Yuventus"la müqaviləsi başa çatan Aleks Sandro karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "Qalatasaray" və "Fənərbaxça" braziliyalı sol cinah müdafiəçisini transfer etmək istəyir.

 

İstanbul təmsilçiləri 31 yaşlı futbolçunun meneceri ilə görüşüblər. Aleks Sandro Türkiyə nəhənglərindən illik 2 milyon avro olmaqla 3 illik müqavilə istəyir. Bundan əlavə təcrübəli müdafiəçinin meneceri də imza pulu tələb edir.

 

Aleks Sandro "Yuventus"a 2015-ci ilin yayında "Portu"dan transfer olunub. O, cari mövsümdə "Qoca Sinyora"nın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Ulduz futbolçu 40 dəfə Braziliya millisinin formasını geyinib. O, Qətərdə təşkil olunan DÇ-2022-də də iştirak edib.

Xəbər xətti