İngiltərənin "Çelsi" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Monako"dan Benua Badyaşili transfer edib. Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
21 yaşlı mərkəz müdafiəçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Çelsi" fransalı futbolçu üçün "knyazlıq" təmsilçisinə 38 milyon avro ödəyəcək.
Qeyd edək ki, Benua Badyaşil "Monako"nun yetirməsidir. 21 yaşlı müdafiəçi cari mövsümdə Fransa klubunun heyətində meydana çıxdığı 16 matçda 2 qol vurub.
saytlarin hazirlanmasi
