Kriştiano Ronaldonun yeni klubu "Əl Nəssr"in Səudiyyə Ərəbistanı çempionatının XII turunun "Əl-Tai"yə qarşı matçı təxirə salınıb.
Sportal.az xəbər verir ki, buna şiddətli yağış və hava şəraitinin stadionun elektrik enerjisinə təsiri səbəb olub.
Bakı vaxtı ilə saat 19:00-da başlamalı olan oyun planlaşdırılan vaxtda baş tutmadığı üçün matç 24 saatlıq təxirə salınıb.
saytlarin hazirlanmasi
