"Barselona" hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin transfer siyahısında olan hücumçulardan biri "Liverpul"da çıxış edən Roberto Firminodur.
"Barselona"nın baş məşqçisi Xavi braziliyalı forvardın oyununu çox bəyənir. İspaniya klubu yayda "Liverpul"la müqaviləsi başa çatan 31 yaşlı oyunçunu pulsuz transfer etməyi planlaşdırır.
Qeyd edək ki, Roberto Firmino "Liverpul"a 2015-ci ilin yayında "Hoffenhaym"dan transfer olunub. Braziliya millisinin üzvü cari mövsümdə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 21 matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
