Ronaldo Pepeni yanına aparır

21:44 - 5 Yanvar 2023

Səudiyyə Ərəbistanının "Əl Nəssr" klubuna keçən Kriştiano Ronaldo rəhbərlikdən transfer istəyib.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı hücumçu "Real"da və Portuqaliya millisində komanda yoldaşı olmuş Pepeni yanına gətirmək istəyir. Ronaldonun tələbindən sonra "Əl Nəssr" klubu 39 yaşlı müdafiəçini transfer siyahısına daxil edib.

 

Qeyd edək ki, Pepe 2019-cu ilin yayından "Portu"da çıxış edir. Təcrübəli oyunçunun Portuqaliya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti