Türkiyəli referi Özgüç Türkalp hakimlik karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, 48 yaşlı hakim bu barədə özü açıqlama verib. Təcrüəbli referi "Sivasspor" - "Qalatasaray" matçında etdiyi səhvə görə karyerasını bitirib.
Qeyd edək ki, Özgüç Türkalp "Sivasspor" - "Qalatasaray" qarşılaşmasının VAR hakimi olub. O, görüşün 49-cu dəqiqəsində meydan sahiblərinin vurduğu qolu ofsayd səbəbindən ləğv edib. Daha sonra Türkiyə Futbol Federasiyası (TFF) "Qalatasaray"ın qələbəsiylə başa çatan görüşdə (2:1) Sivas təmsilçisinin sayılmayan qolunun qaydalar çərçivəsində vurulduğunu etiraf edib.
saytlarin hazirlanmasi
