"Ayaks"dan ayrılan futbolçu "Bavariya"da

09:57 - 6 Yanvar 2023

Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.


Sportal.az xəbər verir ki, Münhen təmsilçisi Deyli Blindi transfer edib. Bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb. Niderlandlı müdafiəçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.


Qeyd edək ki, Deyli Blind son olaraq "Ayaks"da çıxış edib. Amsterdam klubu 32 yaşlı futbolçunun başa çatan müqaviləsini yeniləməyib.

Xəbər xətti