Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı gənc futbolçusunun adını açıqlayıb.
Sportal.az xəbər verir ki, başa çatan ilin ən yaxşısı adına İngiltərə millisinin və "Borussiya"nın yarımmüdafiəçisi Çud Bellingem layiq görülüb. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu 115 xal toplayıb.
İkinci yerin sahibi "Bavariya"nın almaniyalı hücumçusu Camal Musiala (95 xal) olub. Xorvatiya yığmasının və "Leyptsiq"in müdafiəçisi Yoşko Qvardiol (55 xal) isə üçüncü seçilib.
saytlarin hazirlanmasi
