"Ayaks"ın futbolçusu La Liqa klubuna keçdi

13:25 - 6 Yanvar 2023

Niderlandın “Ayaks” klubu Lisandro Maqallan ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı müdafiəçi karyerasını İspaniayda davam etdirəcək. Argentinalı futbolçu “Elçe”yə keçib. Təcrübəli mərkəz müdafiəçisi La Liqa təmsilçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

 

Qeyd edək ki, Lisandro Maqallan 2019-cu ildən “Ayaks”da çıxış edirdi. O, cari mövsümdə Amsterdam klubunun heyətində 2 matçda meydana çıxıb.

Xəbər xətti