"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, "topçular" "Vest Hem"in yarımmüdafiəçisi Deklan Raysı transfer etmək istəyir. Premyer Liqanın liderinin baş məşqçisi Mikel Arteta ingilis futbolçunun keçidi üçün razılıq verib. "Arsenal" yayda 23 yaşlı oyunçu üçün təklif göndərəcək.
Qeyd edək ki, Deklan Rays "Vest Hem"in yetirməsidir. İngiltərə millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 23 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
