Kriştiano Ronaldonun debütü ləngiyə bilər

16:52 - 6 Yanvar 2023

Kriştiano Ronaldonun "Əl Nəssr" klubunda debütü ləngiyə bilər.

 

Sportal.az xəbər verir ki, buna səbəb Səudiyyə Ərəbistanı çempionatında olan legioner limitidir. Hazırda "Əl Nəssr"də əcnəbi oyunçuların sayı çoxdur. Komanda portuqaliyalı hücumçunu qeydiyyatdan keçirmək üçün legionerlərdən biri ilə yollarını ayırmaldıır.

 

Qeyd edək ki, Kriştiano Ronaldo "Əl Nəssr" klubu ilə 2,5 illik müqavilə imzalayıb.

Xəbər xətti