Canni De Byazi: "Bu qrupdan çıxmaq demək olar ki, mümkün deyil"

17:07 - 6 Yanvar 2023

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi 2020-ci ilin yayından bu yana rəhbərlik etdiyi yığmamızdakı işi ilə bağlı İtaliya mətbuatına danışıb. 

Sportal.az "StadioSport.it"ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis millimizin AVRO-2024-ün seçmə mərhələsində çətin qrupda yer aldığını dilə gətirib: 

"Əvvəlcə bəzi problemlər var idi. Çünki mentaliteti dəyişmək lazım gəldi. Son matçların hamısında qalib gəlirik və ümid edirəm ki, belə davam edəcəyik. Biz AVRO-2024-ün seçmə mərhələsində Belçika, Avstriya və İsveç kimi rəqiblərlə eyni qrupdayıq. Hansı ki, bu qrupdan çıxmaq demək olar mümkün deyil. Dördüncü səbətdən bu qrupa düşmüşük və yalnız Estoniya aşağı-yuxarı bizim səviyyəmizdir. Qrup çox çətindi, amma əlimdə olan bütün şanslardan istifadə etməyincə heç vaxt təslim olmaram”.

Xəbər xətti