"Kəpəz" Gəncədəki hazırlığını başa vurdu

19:31 - 6 Yanvar 2023

Çempionatın ikinci hissəsinə hazırlaşan "Kəpəz" Gəncədəki məşqləri başa vurub.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçulara bir günlük istirahət verilib.

“Sarı-göylər” təlim-məşq toplanışı üçün sabah səhər saatlarında Türkiyəyə gedəcəklər.

Kollektiv Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Antalyaya yollanacaq.

“Kəpəz” Bələkdə "Limak Atlantis" otelində qalacaq. Qardaş ölkədə olduğu müddətdə Gəncə təmsilçisi üç yoxlama oyunu da keçirəcək.

Xəbər xətti