"Onun bərpa olması bir aydan çox vaxt aparacaq"

20:30 - 6 Yanvar 2023

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Vircil van Deykin zədə səbəbindən bir aydan çox oynaya bilməyəcəyini bildirib.

Sportal.az “Goal”a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu Premyer Liqanın 19-cu turunun "Brentford"la matçında (1:3) bud nahiyəsindən zədə alıb.

Almaniyalı məşqçi niderlandlının durumu barədə bu cür danışıb: “Ona qoyulan diaqnoz olduqca ciddidir. Bərpa olması minimum bir aydan çox vaxt aparacaq. Ümid edirəm ki, hər şey kifayət qədər tez olacaq. Lakin hələ ki, bu mümkün deyil".

Xəbər xətti