İngiltərənin "Sauthempton" klubu "Dinamo"(Zaqreb) və Xorvatiya millisinin futbolçusu Mislav Orsiçi transfer edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqaviləyə əsasən xorvatiyalı 2025-ci ilə qədər İngiltərə klubuna məxsus olacaq.
Transfer üçün “Sauthempton” 10 milyon avro xərcləyib.
30 yaşlı futbolçu indiyə qədər “İnter”(Zapreşiça), “Spetsiya”, “Çelye”, “Riyeka”, “Çelye”, “Çanqçun Yatay”, “Ulsan Hundai” klublarında oynayıb.
