Paytaxt klubu malilini istəyir

11:52 - 7 Yanvar 2023

"Roma" "Renn"in müdafiəçisi Hamari Traoreni transfer etmək niyyətindədir.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Joze Mourinyo adıçəkilən futbolçunu sərəncamında görmək istəyir. 

2017-ci ildən “Renn”də çıxış edən 30 yaşlı malili "Paris", "Lyers" və "Reyms"də də oynayıb.

Onun müqaviləsi 2023-cü ilin yayına qədərdir.
 

Xəbər xətti