"Leyptsiq" və İspaniya millisinin yarımmüdafiəçisi Dani Olmo İngiltərəyə köçə bilər.
Sportal.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu "Çelsi"nin maraq dairəsindədir.
"Zadəganlar" Olmo üçün hərəkətə keçib. Amma konkret təklif edilməyib.
Buna səbəb isə London klubunun əsas hədəfi "Şaxtyor"un üzvü Mixail Mudrik olması ilə bağlıdır. Belə ki, ukraynalı futbolçu ilə danışıqlar müsbət yekunlaşmayacağı təqdirdə, Olmo transfer ediləcək.
