Avstriya milli komandasının müdafiəçisi Qernot Trauner zədələnib.
Sportal.az "Kronen Zeitung"a istinadən xəbər verir ki, futbolçu martda AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycana qarşı keçiriləcək oyununda meydana çıxmayacaq.
30 yaşlı müdafiəçi meniskindən əməliyyat olunub.
Onun iki-üç ay futboldan uzaq qalacağı gözlənilir. Traunerin çıxış etdiyi “Feyenoord” onunla evdə məşğul olmaq üçün şəxsi fizioterapevt təyin edib.
saytlarin hazirlanmasi
