Fransa millisinin baş məşqçisi dəyişməyəcək - RƏSMİ

14:35 - 7 Yanvar 2023

Fransa millisində baş məşqçi dəyişiklik olmayacaq.

Sportal.az Fransa Futbol Federasiyasına istinadən xəbər verir ki, Didye Deşam postunda qalacaq.

Yerli federasiya təcrübəli mütəxəssisin müqavilə müddətini uzadıb.

O, 2026-cı ilə qədər yığmaya rəhbərlik edəcək.

Deşamın rəhbərliyi altında Fransa millisi 2018-ci ildə dünya çempionatının qalibi, 2022-ci ildə Qətərdə keçirilən mundialda isə gümüş mükafatçı olub.

 

Xəbər xətti