"Onlara müsbət nəticələr lazımdır, əks halda təzyiqlər artacaq"

15:21 - 7 Yanvar 2023

"Mançester Yunayted"in sabiq kapitanı Roy Kin "Everton"un İngiltərə kubokunda "qırmızı şeytanlar"a qarşı matçını şərh edib.

Sportal.az xəbər verir ki, İngiltərə mətbuatına danışan veteran futbolçu bu matçda 1:3 uduzan "Everton" haqda xoş fikirlər səsləndirib: 

"Frenk Lempard matçın nəticələrindən ruhlana bilər. "Everton"un oyunçuları xarakter nümayiş etdirdilər, bunu daha tez-tez etmək lazımdır. Bunu "Mançester Siti" ilə oyunda göstərdilər. Onlara qələbə, müsbət nəticələr lazımdır, əks halda təzyiqlər artacaq. Onlar Premyer Liqanın ən pisi deyillər".

51 yaşlı veteran futbolçu 1993-2005-ci illərdə “Mançester Yunayted”ə oynayıb.

Xəbər xətti