Messi ən yaxşı seçildi

16:14 - 7 Yanvar 2023

Argentinalı dünya çempionu Lionel Messi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən 2022-ci ilin ən yaxşı oyunçusu seçilib.

Sportal.az xəbər verir ki, PSJ-nin hücumçusu rekord sayda, beşinci dəfə ilin ən yaxşı oyunçusu adına layiq görülüb.

Messi buna qədər “Barselona” və İspaniya millisinin veteran yarımmüdafiəçisi Xavi ilə rekordu paylaşırdı. Hər ikisi dörd dəfə ən yaxşı adını qazanmışdı. 

Xəbər xətti