Premyer Liqa təmsilçisi forvardını icarəyə göndərdi

16:31 - 7 Yanvar 2023

"Aston Villa"nın hücumçusu Kemeron Arçer "Midlsbro"ya keçib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi futbolçusunu aşağı liqa klubuna icarəyə verib.

21 yaşlı forvard 2023-cü il mayın 31-nə qədər “Mildlsbro”da oynayacaq.

Arçer bu mövsüm "Aston Villa"nın heyətində 7 oyun keçirmişdi.

Birmingem klubunun yetirməsi olan ingilisin transfer dəyəri 8 milyon avrodur.

Xəbər xətti