Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən il bir oyunda ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.
Sportal.az xəbər verir ki, siyahıda birinci pilləni Argentina millisinin və “Mançester Siti”nin hücumçusu Xulian Alvares tutub. Adıçəkilən futbolçu "River Pleyt”də oynadığı vaxtda Libertadores kubokunun "Alyansa Lima" ilə görüşündə 6 qol vurub.
2022-ci ilin may ayında keçirilən matç Argentina klubunun 8:1 hesablı qələbəsi ilə başa çatmışdı.
