Futbol üzrə Belçika çempionatında 19-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" səfərdə "Antverpen"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb,
19 turdan sonra 31 xal toplayan "Gent" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” gələn il fevralın 16-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda “Gent”i qonaq edəcək. Matç 21:45-də başlayacaq. Bir həftə sonra səfərdə keçiriləcək qarşılaşma isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
saytlarin hazirlanmasi
